Bank kartından pul oğurlamaq istəyən dələduz belə biabır oldu - VİDEO

Bank kartından pul oğurlamaq istəyən dələduz belə biabır oldu - VİDEO
SOSİAL
09:46 29.10.2021
320
Azərbaycanda özünü bank əməkdaşı kimi təqdim edib vətəndaşı aldatmaq istəyən daha bir dələduzun yalanı üzə çıxıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.

Görüntülərdə vətəndaş Fərrux Dadaşzadənin onu aldatmağa çalışan şəxsi ifşa etməsi öz əkisni tapıb. Belə ki, özünü Kapital Bankın əməkdaşı kimi təqdim edən dələduz əslində zəng etdiyi şəxsin həmin bankda hesabının olmamasından xəbərsiz olub.

Vətəndaş fərqli banklarda hesabının olmasını bildirdikdən sonra dələduz ona həmin banklardan zəng ediləcəyini bildirib.

Görüntüləri olduğu kimi təqdim edirik:
OXŞAR XƏBƏRLƏR