Bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar

Bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar
KRİMİNAL
15:35 28.04.2026
396
Paytaxt ərazisində iki nəfərin bank kartından oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 1150 manat ziyan vurulub.

AZXEBER.COM xəbər verir ki,  polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı T.Sayılov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Novruzov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR