“Bank of Baku vətəndaşları aldadır” – ŞİKAYƏT

“Bank of Baku vətəndaşları aldadır” – ŞİKAYƏT
Bütün Xəbərlər
12:47 07.01.2015
3192
“Bank of Baku vətəndaşları aldadır. Heç bir əsas olmadan məndən borc adı ilə pul tələb edirlər. Halbuki depozit məqsədiylə banka qoyduğum məbləği tərəflər arasındakı razılaşdırılmış müqaviləyə əsasən zaman bitdikdən sonra pulumu götürdükdən 5 ay sonra mənə banka borcumun olması barədə məlumat göndəriblər. Bu, açılq-aşkar vətəndaşları soymaqdır. Mən bütün qanuni vastələrdən istifadə edib pozulmuş hüquqlarımı müdafiə edəcəyəm. Lazım gəlsə, məhkəməyə də müraciət edəcəyəm”.
Bu sözləri AZXEBER.COM-a Bakı şəhəri, Nərimanov rayon sakini Sevinc Əliyeva bildirib. O, redaksiyaya bu günlərdə müştərisi olduğu Bank of Baku-da qarşılaşdığı bir problemlə bağlı şikayət edib. Sevinc xanımın sözlərinə görə, ona heç bir əsas olmadığı halda banka borclu olması və həmin məbləği ödəməli olduğunu bildiriblər: “Mən 2013-cü ilin iyul ayının 20-də Bank of Baku-nun əsas filialına 5000 AZN məbləğində depozit qoymuşam. 1 il tamam olandan sonra 2014-cü ilin iyul ayının 20-də depozit qoyduğum məbləği və vəsaitin üzərinə gələn faizi – 1000 AZN-ni bankdan götürmüşəm. O zaman bankın əməkdaşları mənə bildirdilər ki, artıq bütün əməliyyatlara görə, tərəflər arasında borc yoxdur. Yəni nə mənim banka, nə də bankın mənə. Nəzərinizə çatdırım ki, mən depozit üçün məbləği banka qoyanda adıma qold kart götürmüşdüm və lazım olduqda oradan pul gotürür və qısa zamanda qaytarıb kartıma geri qoyurdum. Bankla mənim aramda 2014-cü ilin iyul ayının 20-də əməliyyat başa çatandan 5 ay sonra dekabr ayının son günlərində bankdan mənə məlumat verildi ki, mənim Bank of Baku-ya 59 AZN borcum var. Doğrusu, təəccübləndim. Çünki bu borc məbləğinin yaranması üçün heç bir əsas yoxdur. Banka müraciət etdim və bu məlumatın hansı əsasla mənə verildiyini araşdırmağa çalışdım. Verilən cavab sadəcə bu oldu ki, kartdan pul götürüb və geri qoyanda 1 % komisyon haqqı tutulmayıb, texniki səhv olub. Mənə deyilənlərlə razılaşmadığıma görə, banka rəsmi müraciətlə şikayət etdim. Necə olur ki, 5 ay əvvəl yerləşdirdiyim vəsaiti və faiz məbləğləri bankdan götürəndə heç bir borcun olmadığını əməkdaşlar dəfələrlə bildirdikləri halda, 5 ay keçəndən sonra borc yaranması haqqında ortaya iddia atırlar? Əgər doğrudan da, belə bir borc vardısa, bu qədər zaman ərzində həmin borc bank əməkdaşları tərəfindən görünməyib? İddia əsassız olduğu üçün mən bu borcu banka ödəməkdən imtina edirəm. Bunlar vətəndaşları aldatmaqla məşğuldurlar. Bankın depozit şöbəsinin əməkdaşları ortaya çıxan problemlə bağlı mənimlə danışdılar. Onlar təəssüf ki, mənə tutarlı əsas gətirə bilmədilər və mən bildirdim ki, irəli sürülən məbləği ödəmək niyyətində deyiləm və pozulmuş hüquqlarımı müdafiə etmək üçün məhkəməyə müraciət edəcəyəm”.
Orxan
OXŞAR XƏBƏRLƏR