“Bank of Baku”dan növbəti maliyyə savadlılığı tədbiri: bu dəfə şagirdlərlə birlikdə

“Bank of Baku”dan növbəti maliyyə savadlılığı tədbiri: bu dəfə şagirdlərlə birlikdə
İQTİSADİYYAT
18:06 14.10.2025
382

"Bank of Baku” maliyyə savadlılığının artırılmasını yalnız iqtisadi deyil, sosial məsuliyyət kimi dəyərləndirir və bu istiqamətdə tədbirlərini davam etdirir.

Bank "Maliyyə savadlılığı hər yaşda önəmlidir!” şüarı ilə növbəti tədbirini 13 oktyabr tarixində Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirib.

İki hissədən ibarət olan tədbirdə ilk olaraq 100-dən çox şagirdə maliyyə savadlılığı mövzusunda təlim keçilib. Məktəblilərə pulun tarixi, şəxsi büdcənin qurulması, qənaət vərdişləri, bank kartlarının istifadəsi, rəqəmsal ödənişlər və maliyyə təhlükəsizliyi kimi gündəlik həyatda önəmli olan mövzularda məlumatlar verilib. Şagirdlərə praktiki nümunələr və interaktiv izahlar təqdim olunub.

Ardınca isə 30 şagird komandalar şəklində ayrılaraq maliyyə savadlılığı mövzusunda intellektual yarışmada aktiv iştirak ediblər. Sonda yarışmanın qaliblərinə, eləcə də bütün iştirakçılara "Bank of Baku” tərəfindən hədiyyələr təqdim olunub.

Eyni zamanda, məktəbin kitabxanasına azyaşlı oxuyucular üçün"Bank of Baku”nun Azərbaycan Banklar Assosiasiyası, "AzFina” və "VISA” ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi "Ömərin ödəniş kartı ilə tanışlığı” adlı kitabça da hədiyyə edilib.

 

 

Qeyd edək ki, "Bank of Baku” bundan öncə "Maliyyə savadlılığı hər yaşda önəmlidir!” şüarı ilə yaşlı insanlarla görüş təşkil edərək təlim həyata keçirmişdi.

Bank mütəmadi olaraq müştərilərini maliyyə təhlükəsizliyi, təhlükəsiz rəqəmsal ödənişlər, fırıldaqçılıq və dələduzluq halları barədə məlumatlandırır, maliyyə vəsaitlərini qorumaq üçün diqqətli olmağa səsləyir.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir