“Bank Respublika” bu ilin 9 ayı üzrə inamlı artım nümayiş etdirib

“Bank Respublika” bu ilin 9 ayı üzrə inamlı artım nümayiş etdirib
İQTİSADİYYAT
17:15 14.10.2025
344

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika”, 2025-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Hesabata əsasən, bank sabit artım dinamikası nümayiş etdirərək Azərbaycanın ən fəal inkişaf edən maliyyə institutlarından biri statusunu bir daha təsdiqləyib.

Əldə olunan nəticələr bankın fəaliyyət istiqamətlərinin balanslı inkişafını və müştərilər, eləcə də tərəfdaşlar arasında yüksək etimadı əks etdirir.

Belə ki, bank ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib:

2025-ci ilin üçüncü rübü üzrə əsas maliyyə göstəriciləri:

-Aktivlər - 26,3% artaraq 2,72 milyard manat təşkil edib;
-Məcmu kapital - 20,5% artaraq 249,04 milyon manata çatıb;
-Kredit portfeli - 16,6% artaraq 1,58 milyard manat təşkil edib;
-Depozit portfeli - 12,9% artaraq 1,52 milyard manat olub;
-Xalis faiz gəlirləri - 16,0% artaraq 126,89 milyon manat təşkil edib;
-Xalis əməliyyat mənfəəti - 12,44% artaraq 58,63 milyon manata çatıb;
-Xalis mənfəət - 9,9% artaraq 43,17 milyon manat təşkil edib. 00:38

 

Maliyyə sabitliyinin əsas göstəriciləri:

I dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I) — 10,26% (norma — 6,5%);
Məcmu kapitalın adekvatlıq əmsalı — 13,74% (norma — 12,5%);
-Leverec əmsalı — 6,77% (norma — 5%).

1992-ci ildə təsis olunan "Bank Respublika”, bu gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə qurumlarından biri olan "Sparkassen International Development Trust” (Sparkassen-Finanzgruppe-nin üzvü) da yer alır.

Daha ətraflı məlumat üçün: 

Veb sayt: www.bankrespublika.az 

Sosial şəbəkələr:  "Facebook”"Instagram”"LinkedIn”"Telegram”

Çağrı Mərkəzi: 144

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO