Bank Respublika və AKİA regionlarda fermerlərə sərfəli şərtlərlə kredit təqdim edəcək - FOTOLAR

İQTİSADİYYAT
17:06 14.08.2019
3770
Bank Respublika və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) regionlarda fermer və sahibkarlar üçün "Daha yaxın, daha sərfəli” şüarı altında kredit yarmarkasına start verib.

AZXEBER.COM xəbər verir ki, Bank AKİA ilə olan əməkdaşlıq çərçivəsində müştərilərə daha rahat tərzdə xidmət göstərmək üçün xüsusi olaraq yaradılacaq mobil ofislər vasitəsilə region mərkəzlərində sahibkarları kredit şərtləri ilə taniş edərək onların müraciətlərinin qəbulunu aparacaq.

Qeyd edək ki, bu tip kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. Damazlıq heyvan alışı üçün isə heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir. Sahibkarlar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40%-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür.

Respublikanın müxtəlif regionlarında həyata keçiriləcək yarmarka sentyabr ayının 14-ə qədər davam edəcək. Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:24 14.07.2020

XİN: Ermənistan bütün qanunsuz əməllərin cavabını verəcək

23:38 13.07.2020

Qənirə Paşayeva cəbhədəki gərginlikdən yazdı: "Diplomatik uğurlarımız Ermənistanı ciddi narahat edir"

23:12 13.07.2020

TƏBİB koronavirusla bağlı son məlumatı açıqladı

22:41 13.07.2020

Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT

22:35 13.07.2020

Çavuşoğlu: “Can Azərbaycana canımız fəda” - VİDEO

22:13 13.07.2020

Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı