Bank Respublikanın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artırdı

Bank Respublikanın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artırdı
İQTİSADİYYAT
11:23 21.10.2021
291
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2021-ci ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişaf etməyə davam edərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirib.

AZXEBER.COM xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis faiz mənfəəti 10%-dən çox artaraq 39,1 milyon manata çatmışdır, xalis mənfəət isə 12,1 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2 dəfə çoxdur.

Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 16,2% artaraq 98,8 milyon manat olmuş və minimum məcmu kapital normasını 2 dəfə üstələmişdir.

9 ayın nəticələrinə görə Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankın depozit portfeli 15,2% artmışdır ki, bu da müştərilərin banka olan yüksək etimadını bir daha təsdiq edir. Bankın kredit portfeli 39,8% artmışdır və verilən kreditlərin əsas hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir.

Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,34%, məcmu kapitalın adekvatlıq əmsalı isə 13,23% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,7 dəfə və 1,3 dəfə çoxdur.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
17:13 03.07.2025
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
17:12 03.07.2025
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
Yasamalda yaşayış binasında yanğın
16:59 03.07.2025
Yasamalda yaşayış binasında yanğın
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
16:47 03.07.2025
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
16:39 03.07.2025
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb
16:36 03.07.2025
Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb
"Park Yasamal"da yaşayışa hazır, tam təmirli mənzillər satışa çıxdı!
16:22 03.07.2025
"Park Yasamal"da yaşayışa hazır, tam təmirli mənzillər satışa çıxdı!