Banka borcuna görə intihar etdi

Banka borcuna görə intihar etdi
Bütün Xəbərlər
16:30 04.11.2015
2140
Biləsuvar rayonunda daha bir intihar hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı rayon sakinləri verib. Məlumata görə, bu gün rayona bitişik Bəydilli kəndinin sakini Cavanşir adlı şəxs özünü asaraq intihar edib. Təxminən 40 yaşı olan Cavanşirin özünü asmasına səbəb kimi banklara olan borcu göstərilir. Mərhum ailəli olub, bazarda meyvə satırmış.
Qeyd edək ki, təxminən bir ay öncə Biləsuvarda ölkədə rezonansa səbəb olan intihar hadisəsi baş vermişdi. Biləsuvar Telekommunikasiya Qovşağının rəisi İlkin Ağayev iş otağında özünü asmışdı.
OXŞAR XƏBƏRLƏR