Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı

Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
DÜNYA
02:33 05.11.2026
225
Fransanın "Crédit Mutuel Arkéa" bank qrupu haker hücumuna məruz qalıb. Nəticədə kibercinayətkarlar 118 milyon avrodan çox vəsaiti mənimsəyiblər.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hücumdan sonra kiberdələduzlar oğurladıqları pulları kriptovalyuta birjalarında açılmış çoxsaylı hesablara köçürüblər. Daha sonra vəsaitlər kriptovalyutaya çevrilib.

Bankdan bildirilib ki, hücum aşkar edildikdən dərhal sonra mütəxəssislər vəsaitlərin qanunsuz çıxarılmasının qarşısını almaq məqsədilə bəzi əməliyyatları müvəqqəti dayandırıblar.

Çərşənbə günü bankın müştəriləri bəzi pul köçürmələrini həyata keçirə bilməyiblər. Qəzetin məlumatına görə, zəruri yoxlamalar başa çatdıqdan və əlavə təhlükəsizlik tədbirləri görüldükdən sonra əməliyyatların yaxın vaxtlarda bərpa olunması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR