Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür

Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
SOSİAL
02:13 05.11.2026
113
Rusiyanın Tula vilayətində təhlükəsizlik tələblərinə uyğun gəlmədiyinə görə daha əvvəl Azərbaycana idxalına qadağa qoyulmuş "Krestyanskoye Çudo” bitki-yağlı spredin aşkarlanması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiyanın "Rospotrebnadzor” qurumunun regional idarəsi məlumat yayıb.

Bildirilib ki, yoxlamaya səbəb Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin məlumatı olub. Belə ki, agentliyin mütəxəssisləri Rusiyadan idxal edilmiş "NİKA-MİLK” MMC-nin istehsalı olan məhsulu laboratoriyada araşdırarkən pozuntular aşkarlayıblar.

Laborator ekspertiza nəticəsində yağlılığı 82,5 faiz olan spredin tərkibində 3-monoxlorpropan-1,2-diolun (3-MCPD) miqdarının təhlükəsizlik tələblərinə uyğun olmadığı müəyyən edilib. Bu maddə bitki yağlarının yüksək temperaturda emalı zamanı yarana bilər və onun qida məhsullarında miqdarı müəyyən olunmuş normativlərlə məhdudlaşdırılır.

Yoxlamanın nəticələrinə əsasən, Azərbaycan məhsulun idxalını qadağan edib və ümumi çəkisi 20 ton olan partiyanı Rusiyaya geri qaytarıb.

Hazırda "Rospotrebnadzor”un mütəxəssisləri təhlükəli məhsulun satışda ola biləcəyini nəzərə alaraq, Tula vilayətindəki ticarət obyektlərində yoxlamalar aparırlar. Məhsul aşkarlandığı təqdirdə, onun satışdan çıxarılması üçün tədbirlər görülür.

Qurum, həmçinin region sakinlərindən mağazaların rəflərində "NİKA-MİLK” MMC-nin istehsalı olan "Krestyanskoye Çudo” spredinə rast gəldikləri halda, bu barədə məlumat vermələrini xahiş edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
02:03 05.11.2026
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
01:57 05.11.2026
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
01:53 05.11.2026
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Tutduğu balıq onu milyonçu etdi
01:43 05.11.2026
Tutduğu balıq onu milyonçu etdi
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
01:33 05.11.2026
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
01:23 05.11.2026
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
01:16 05.11.2026
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
01:06 05.11.2026
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
00:59 05.11.2026
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
Zelenski Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib
00:58 05.11.2026
Zelenski Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib