Bankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərildi

SOSİAL
13:00 01.06.2020
448
Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şahağacı kəndi üzrə icra nümayəndəliyinin mühasibi vəzifəsində işləmiş Vasif Bağırovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Aparılmış istintaqla Vasif Bağırovun "Bank Respublika” ASC-nin Astara filialının müdiri vəzifəsində işləmiş Rövşən Quliyev, Astara RİH başçısının Şahağacı kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olaraq rayonun Şahağacı, Şiyəkəran, Kolatan, Siyəkü və Kakolos kəndlərindən olan 61 sakininin adlarına ayrı-ayrı məbləğlərdə kreditlər götürərək "Bank Respublika” ASC-nin ümumilikdə 141 min manat məbləğində əmlakını mənimsəməsinə, bundan başqa vəzifə saxtakarlığı edərək 61 kənd sakini və Bank Respublika” ASC-nin ümumilikdə 37 100 manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranıb.

3 fevral 2018-ci il tarixində "Bank Respublika” ASC-nin Astara filialının müdiri Rövşən Quliyev və qeyrilərinin Cinayət Məcəlləsinin 179.3.2 (küllü miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəməyə göndərilib.

Vasif Bağırov istintaq orqanından qaçıb gizləndiyindən cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılaraq istintaqı aparılmış və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

25 aprel 2019-cu il tarixdə Vasif Bağırov Rusiya Federasiyasının İrkutsk vilayətində tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmiş və ona Cinayət Məcəlləsinin 179.3.2, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə istintaq 25 may 2020-ci il tarixdə tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:00 08.07.2020

Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - VİDEOREPORTAJ

16:35 08.07.2020

Azərbaycanda COVID-19-un həkimləri qəzaya düşdü - 7 nəfər yaralandı

16:28 08.07.2020

DİN karantinə görə saxlanılanların fotolarını niyə yayır? - RƏSMİ AÇIQLAMA

16:25 08.07.2020

"Pandemiyadan siyasi mübarizədə faydalanmağa çalışanlar xalqa xəyanət edirlər" - Partiya sədri

16:23 08.07.2020

Tolik Türkiyəyə necə gedib? - Özü açıqladı

16:05 08.07.2020

Havalar kəskin dəyişir - Temperatur 5-8 dərəcə aşağı enəcək

15:52 08.07.2020

Könüllülər virtual çağırışa qoşulur

15:41 08.07.2020

“Fahişə mən deyiləm, ailəsinin boğazından kəsib, yanıma gələnlərdir” - VİDEO

15:33 08.07.2020

Dövlət idarələrinin icazəsi ilə istirahətə gedənlər cərimləndi - Fotolar

15:20 08.07.2020

4 yüksək rütbəli polis koronavirusa yoluxdu

15:06 08.07.2020

Səhiyyə Nazirliyi COVID-19-a yoluxmuş şəxslərin evdə müalicə alma prosesini açıqladı

14:59 08.07.2020

“e-Tabib”lə yoluxmanın qarşısını al!

14:54 08.07.2020

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb: Helikopterlər cəlb edildi

14:49 08.07.2020

Rusiya ilə sərhəddə qalan soydaşlarımızın gətirildiyi sərhəd-keçid məntəqəsində bir gün - VİDEOREPORTAJ

14:38 08.07.2020

Türkiyə otelləri pandemiya dövründə belə işləyir - YENİ ŞƏRTLƏR

14:21 08.07.2020

Rusiyada 35 deputat virusa yoluxdu