Mərkəzi Bankın məlumatına görə, kreditlərin 93,8 faizi banklar, qalan hissəsi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, ekspertlər bildirirlər ki, bəzi hallarda vətəndaşların bir neçə kredit öhdəliyinin olması geri ödəmə imkanlarını çətinləşdirir. Maliyyə planlamasının düzgün aparılmaması da riskləri artıran əsas səbəblərdən hesab olunur.
Ekspertlər hesab edirlər ki, bank sektorunda həm kredit, həm də əmanət portfelinin böyüməsi maliyyə aktivliyinin artdığını göstərsə də, problemli kreditlərin yüksəlməsi risklərin nəzarətdə saxlanılmasını vacib edir.











































