Bankomat kartından oğurluq edən şəxs 11 ay sonra yaxalandı

Bankomat kartından oğurluq edən şəxs 11 ay sonra yaxalandı
Bütün Xəbərlər
16:25 17.04.2013
1091
İnternet vasitəsi ilə başqasının bankomat kartından pul çıxaranın şəxsiyyəti müəyyən edilib.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, 2012-ci ilin iyunun 9-da Qazax rayon sakini Şaiq Nəsirov Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə müraciət edərək 2012-ci ilin mayında onun bankomat kartından internet vasitəsi ilə 977 manatının çıxarıldığını bildirib.Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb. Hadisədən 11 ay keçdikdən sonra oğurluğun kim tərəfindən törədildiyini müəyyən etmək mümkün olub.
OXŞAR XƏBƏRLƏR