Barak Obama İlham Əliyevə məktub yazıb

Bütün Xəbərlər
19:01 07.01.2011
1761

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Barak Obamanın özünün, həyat yoldaşı Mişel Obamanın, qızları Malia və Saşanın adından yazdığı məktubda bildirilib:  “Cənab Prezident,  Nyu-Yorkda keçirdiyimiz görüşdən çox şadam və gələcəkdə Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm. 
Sizə və ailənizə ən xoş arzularla əmin-amanlıq və firavanlıqla dolu yeni il diləyirəm.
Qoy Sizin bayramınız bütün nemətlərlə bol olsun. Yeni ildə Sizə cansağlığı və səadət arzulayıram”.

 

OXŞAR XƏBƏRLƏR