"Barselona" brazilyalılara dərs keçdi və dünyanın ən güclüsü oldu (VİDEO)

İDMAN
21:43 18.12.2011
2125

Yaponiyada keçirilən klublararası dünya çempionatına yekun vurulub.

Tokodakı final matçında Avropa və Cənubi Amerikanın ən yaxşıları üz-üzə gəliblər. İspaniya “Barselona”sı qitələrarası fərqin nə qədər böyük olduğunu bu matçda da nümayiş etdirib. Kataloniyalılar Braziliyanın “Santos” klubuna dərs keçib – 4:0. Lionel Messi 17 və 82, Xavi Ernandes 24, Sesk Fabreqas isə 45-ci dəqiqədə cənubi amerikalıların qapısına yol tapıb.

OXŞAR XƏBƏRLƏR