“Barselona” iki oyuna baş məşqçisiz çıxacaq

İDMAN
14:13 15.08.2023
156
"Barselona”nın baş məşqçisi Xavi Ernandes və yarımmüdafiəçisi Rafinya İspaniya La Liqasının I turunda "Xetafe” ilə oyunda qırmızı vərəqə alıblar.

Həm məşqçi, həm də oyunçu iki matçlıq diskvalifikasiya olunacaqlar. Xavi və Rafinya La Liqada "Kadis” və "Vilyarreal”a qarşı keçiriləcək görüşü buraxacaqlar.

Qeyd edək ki, "Barselona” "Xetafe” ilə səfər matçında qolsuz heç-heçə edib.
OXŞAR XƏBƏRLƏR