İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Kataloniya təmsilçisi son olaraq Bilbao "Atletik"ində çıxış etmiş İnyiqo Martineslə müqavilə imzalayıb.
32 yaşlı ispaniyalı müdafiəçi bu komandaya azad agent kimi keçib.
Qeyd edək ki, "Real Sosyedad"ın yetirməsi olan İnyiqo Martines 2018-ci ildən "Atletik"in formasını geyinib.