İspaniya La Liqasında XXVI tura yekun vurulub.
AZXEBER.COM-un məlumatına görə, turun qapanış matçında əzəli rəqiblər "Barselona” ilə "Real Madrid” üz-üzə gəliblər.
"Barsa" əzəli rəqibinə 2:1 hesabıyla qalib gəlib.
Bu qalibiyyət sayəsində xallarının sayını 68-ə çatdıran "Barselona” liderliyini bir qədər də möhkəmlədib. Xavi Ernandesin kollektivi ikinci sıradakı "Real Madrid”lə aradakı xal fərqini 12-yə yüksəldərək, çempionluğa bir addım da yaxınlaşıb.