Bu görüşlər arasında ilk oyunda səfərdə məğlub olmuş “Barcelona” ilə dogma meydanda acı yenilgiylə üzləşmiş “Roma” cavab matçına qisas üçün çıxmışdı. İspanların işi daha asan idi. Səfər qoluna imza atmış La Liqanın lideri, “Arsenal”ı dogma meydanda qəbul edirdi və məhz bu amil onların növbəti mərhələyə vəsiqə qazanmasına çox kömək etdi. İtaliya paytaxtının təmsilçisinin işi isə daha çətin idi. İlk oyunda hələ Ranyerinin çalışdırdığı “canavarlar” o zaman ukraynalılara 2:3 hesabıyla uduzmuşdu ki, bunun əvəzini çıxmaq üçün mütləq 2 top fərqi ilə qalib gəlmək tələb olunurdu. Lakin elə ilk hissədə azlıqda qalan və penaltidən yararlana bilməyən Vinçentso Montellanın komandası nəticədə özü 3 cavabsız qol buraxaraq, ÇL ilə vidalaşdı.
Digər görüşlər isə bu gün baş tutacaq. “Schalke” ilk oyunda Raulun sayəsində onun həmyerliləri ilə dueldə sərfəli nəticə qazanmışdı ki, bundan yararlanıb, növbəti mərhələyə adlaya bilər. “Tottenham” isə bir qədər də qabağa gedib, İtaliya A Seriyasında cari mövsüm at oynadan “Milan”a qalib gəlmişdi. İndi italyanların möcüzə yaradıb-yaratmayacağı maraqla gözlənilir.
Çempionlar Liqası 1/8 final, cavab oyunları
8 mart
Barcelona (İspaniya) – Arsenal (İngiltərə) - 3:1 (ilk oyun, 1:2) Qollar: Messi, 45; 71, Xavi, 69 - Buskets, 53-öz qapısına.