İspaniyanın "Barselona" və Fransanın PSJ klubları bu həftə futbolçu Ferran Torresin transferi üzrə danışıqlara başlayacaq.
Bu barədə "Diario Sport" məlumat yayıb.
Bildirilib ki, "Barselona" danışıqlara 65 milyon avrodan başlamağı planlaşdırır. Parislilərin qiyməti aşağı salmağa çalışacağı gözlənilir. Klublar təxminən 55 milyon avroya razılığa gələ bilərlər.
26 yaşlı ispaniyalı hücumçu 2022-ci ildən "Barselona"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 49 matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.











































