“Barselona” və “Real”ı məyus edən xəbər

İDMAN
13:59 14.01.2012
1637

Dünya futbolunda transferi haqda ən çox danışılan braziliyalı Neymarın gələcək taleyinə tam aydınlıq gəlib.

AZXEBER.COM-un məlumatına görə, 19 yaşlı ulduz futbolçu Braziliyanın “Santos” klubu ilə müqaviləsini uzadıb.
Son vaxtlar adı daha çox İspaniya nəhəngləri – “Barselona” və “Real”da hallanan Neymar yetirməsi olduğu klubu ilə yeni müqaviləyə imza atmaqla, bütün suallara son qoyub. O, 2014-cü ilin sonuna qədər “Santos”la müqaviləni uzadıb.

Qeyd edək ki, FİFA Neymarın Braziliya çempionatında “Flamenqo”ya vurduğu qolu ötən ilin ən gözəl qolu seçmişdi.

Ozal Ibrahimli

OXŞAR XƏBƏRLƏR