"Barselona" Yamala şərt qoydu

"Barselona" Yamala şərt qoydu
İDMAN
03:19 08.06.2026
212
İspaniya millisinin və "Barselona”nın gənc ulduzu Lamine Yamal 2026-cı il dünya çempionatının ilk oyununa hazır olacaq.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, aprel ayında zədələnən vingerin bərpa prosesi artıq yekunlaşmaq üzrədir.

İspaniyanın "AS” nəşrinin yaydığı məlumata görə, "Barselona” rəhbərliyi Yamalın mundialın ilk matçında meydana qayıtmasına və milliyə kömək etməsinə razılıq verib. Lakin Kataloniya təmsilçisi bununla bağlı xüsusi şərt irəli sürüb.

Klub futbolçunun zədəsinin təkrarlanmaması üçün meydana dönüşünün mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Klubun şərtinə əsasən, Yamalın oyun müddəti belə tənzimlənməlidir:

İlk oyunda: Təxminən 15 dəqiqə

İkinci oyunda: 45-60 dəqiqə

Növbəti oyunlarda: Yalnız bu mərhələlərdən sonra tam matçlarda iştirak.

Qeyd edək ki, İspaniya yığması dünya çempionatında ilk matçını iyunun 15-də Kabo-Verde seçməsinə qarşı keçirəcək.


OXŞAR XƏBƏRLƏR