İdmançımız bürünc medal qazandı

İdmançımız bürünc medal qazandı
İDMAN
21:15 07.06.2026
126
İtaliyanın Roma şəhərində keçirilən Dünya Taekvondo Qran Pri turnirində Azərbaycan millisinin üzvü Qaşim Maqomedov (-58 kq) bürünc medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, təmsilçimiz medala gedən yolda İtaliya, Yunanıstan və Çin rəqiblərini mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, təmsilçimiz turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət almışdı.

"Qran Pri” seriyası dünya taekvondosunun ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan nəticələr idmançılara həm dünya reytinqi, həm də Olimpiya təsnifatı xalları qazandırır.
OXŞAR XƏBƏRLƏR