İspaniyanın "Barselona” klubunun müdafiəçisi Xavi Espart UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.
19 yaşlı futbolçu turnirin Liqa mərhələsinin III turunda PSJ ilə səfər matçında (2:4) fərqlənib.
19 yaş 152 günlük olarkən qol vuran Espart Çempionlar Liqasında fərqlənən ən gənc ispan müdafiəçi olub.
O, bu göstəricidə "Real”ın sabiq futbolçusu Serxio Ramosu geridə qoyub. Ramos 2005-ci ildə "Olimpiakos”la matçda 19 yaş 251 günlük olarkən qol vurmuşdu.
///teleqraf///











































