Baş Dövlət Yol Polis İdarəsində nömrə al-veri – QİYMƏTLƏR

Baş Dövlət Yol Polis İdarəsində nömrə al-veri –  QİYMƏTLƏR
Bütün Xəbərlər
17:34 11.07.2013
20308

Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarına xüsusilə fikir verənlər az deyil.

Belələri eyni rəqəmdən ibarət və ya xüsusi rəqəm kombinasiyalı nömrələri almağa çalışır, sonra da "krutoy" dedikləri həmin nömrə ilə qürrələnirlər. Kütləvi informasiya vasitələrində 555 rəqəmli nömrə nişanının 500 manat olduğu barədə məlumatlar verilib. Lakin həmin nömrənin o qiymətə satılmadığı iddia olunur. AZXEBER.COM Day.Az-a istinadən bildirir ki, daimi oxucu Mürsəl Şahsuvarlı yazıb: "500 manata satıldığı deyilən nömrə əslində dəfələrlə bahadır. Belədirsə, nömrəni yol polisində tələb olunan bahalı qiymətə yox, normal qiymətə necə almaq olar?" Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiKamran Əliyevin dediyinə görə, avtomobilin dövlət qeydiyyat nişanının verilməsi üçün ölkə qanunvericiliyində nəzərdə tutulmuş məbləğ alınır. Tariflər rəqəm və hərf nişanlarının kombinasiyasından asılı olaraq dəyişir. "Ola bilməz ki, oxucunuzdan dövlət rüsumunun məbləğindən artıq pul tələb edilsin. Qoy oxucunuz Baş Dövlət Yol Polis İdarəsinə müraciət ünvanlasın, biz də həmin faktı araşdıraq", - K.Əliyev deyib. 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 və nömrələrdəki müxtəlif hərf nişanları olan dövlət qeydiyyat nömrələrinə görə 1500 manat, elə həmin rəqəmli və eyni hərfləri olan nömrələrə görə isə 2500 manat dövlət rüsumu alınır. 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri və müxtəlif hərf nişanlı nömrələrə görə 1000 manat, həmin rəqəmlər və eyni hərfli nömrələrə görə 1500 manat rüsum alınır. 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 və müxtəlif hərfli nömrələrin rüsumu 500, eyni rəqəmlər və hərfli nömrələr isə 1000 manatdır. Adi dövlət qeydiyyat nömrə nişanına görə dövlət rüsumunun məbləği 18 manatdır.

OXŞAR XƏBƏRLƏR