Baş katib homoseksuallara dəstək verdi - AÇIQLAMA

Baş katib homoseksuallara dəstək verdi - AÇIQLAMA
Bütün Xəbərlər
16:14 30.01.2012
2066

Baş katib Afrika ölkələrindən homoseksuallarla ikinci sinif vətəndaş kimi davranmağa son qoymalarını istəyib.

BMT-nin baş katibi Ban Ki Mun Afrika ölkələrini homoseksuallarla ikinci sinif vətəndaş, hətta cinayətkar kimi davranılmasına son qoymağa çağırıb.

AZXEBER.COM-un məlumatına görə, baş katib Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Afrika Birliyi Assambleyası 18-ci Toplantısındakı çıxışında hər kəsin homoseksualların haqlarına hörmət etməsini istəyib.

Ban Ki Mun bir çox ölkələrin uzun müddətdir cinsi orientasiya ilə bağlı ayrı-seçkiliyə icazə vermədiyini, ancaq Afrikada bu məsələnin ciddi problem olduğunu bildirib.

Afrika ölkələri liderlərindən Ban Ki Munun açıqlamasına cavab gəlməyib.

Afrika qitəsindəki bir çox ölkədə homoseksuallıq qadağandır və bir çox kilsələr homoseksualların əleyhinə çıxır.

OXŞAR XƏBƏRLƏR