Baş konsulluq meyiti verilməyən azərbaycanlı körpədən danışdı

Baş konsulluq meyiti verilməyən azərbaycanlı körpədən danışdı
Bütün Xəbərlər
12:37 22.01.2016
1958
“Bütün mümkün addımları atırıq”.
10 aylıq Qorqud Dadaşzadənin Təbrizin “Kudakan” uşaq klinikasında vəfat etməsi ilə bağlı məsələ Azərbaycanın Təbrizdəki baş konsulluğunun nəzarətindədir.
AZXEBER.COM xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın Təbrizdəki baş konsulluğundan bildirilib.
Konsulluq uşağın meyitinin Dadaşzadə ailəsinə 3200 manat borcu olduğuna görə verilməməsindən xəbərdardır.
“Bütün məsələlər həll olunandan sonra ictimaiyyətə xəbər veriləcək. Baş konsulluq bu problemin həll olunması üçün qanun çərçivəsində bütün mümkün addımları atır”, - baş konsulluqdan bildirilib.
OXŞAR XƏBƏRLƏR