Baş konsulun Rza Zərrabın Azərbaycan vətəndaşı kimi təqdim olunmasına - MÜNASİBƏTİ

SİYASƏT
14:24 25.12.2013
994

Türkiyədə 17 dekabr tarixində həyata keçirilmiş əməliyyat zamanı həbs olunmuş iş adamı Rza Zərrabın Azərbaycanda doğulması kimi təqdim olunması yanlışdır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov “Anadolu” agentliyinə bildirib.Baş konsul deyib: “Burda bizə azərilər, azərilər deyirlər, amma buna artıq diqqət yetirmək lazımdır. Bizim adımız var və bu, Konstutusiyamızda da təsbit olunub.Biz azərbaycanlıyıq, əsili etibarı ilə Azərbaycan türkləriyik. İkinci tərəfdən, biz Rza Zərrabın Azərbaycanda doğulmasına dair məlumatları mətbuatdan öyrəndik. Bunun xüsusi vurğulanmasına çox üzüldük. Bu qəsdən atılan bir sözdür”.Baş konsul deyib ki, kim harada nə cinayət törətsə, cavabını verəcək, bunun üçün istintaq orqanları, məhkəmələr var:“Amma onun adının Azərbaycan vətəndaşı kimi hallandırılması ilə nə istədiklərini başa düşmürük. Biz bunu araşdırdıq. Dünyada 60 milyon Azərbaycan türkü var. Onun 9,5 milyonu Azərbaycanda yaşayır. O, İrandan olan Azərbaycan türkü ola bilər. Amma Azərbaycan vətəndaşı deyil və azərbaycandan gəlib burda iş qurması doğru deyil”.

OXŞAR XƏBƏRLƏR