Marqaret Tetçerlə bağlı filmin nümayişi üçün seçilən vaxt baş naziri qane etməyib
AZXEBER.COM-un "trtazerbaycan"a istinadən verdiyi xəbərə görə, İngiltərənin baş naziri Devid Kemeron ölkənin ilk qadın baş naziri olan Marqaret Tetçerlə bağlı çəkilən "Dəmir ledi" filminin zamanlamasının pis olduğunu söyləyib.
Tetçerlə bağlı filmin dünən qalası keçirilib, bu gün isə kinoteatrlarda nümayişi başlanıb.
Kemeron BBC Radio-4-ə verdiyi açıqlamada filmdə Tetçeri canlandıran Meril Strepin çox gözəl oyun nümayiş etdirdiyini, ancaq filmin nümayiş vaxtının pis olduğunu bildirib.
Kemeron Tetçerin baş nazirlik dövrü, yaşlanması və ağlını itirməsi ilə bağlı filmi bu sözlərlə tənqid edib: "Belə bir film niyə indi yayımlanır deməkdən özümü saxlaya bilmirəm. Bu film çox gözəl bir baş nazirdən daha çox yaşlanma və ağlını itirmə ilə bağlıdır. Çox gözəl aktyor işi var, amma bu filmin başqa bir zamanda nümayiş etdirilməsini istərdim".
Tetçerin keçmiş xalqla əlaqələr müşaviri Lord Bell də daha öncə filmin "axmaqlıq" olduğunu söyləyib.
Marqaret Tetçer 15 il (1957-1990) Mühafizəkar Partiyasnın liderli olub. Tetçer 1979-1990-cı illərdə isə baş nazir vəzifəsini yerinə yetirib. Tetçerin baş nazir olduğu dövrdəki sərt siyasəti, həmkarlar ittifaqlarına qarşı sərt mövqeyi, SSRİ ilə bağlı müxalif fikirləri ona "Dəmir ledi" ləqəbinin verilməsinə səbəb olub.