İtaliyanın baş naziri Mario Monti ölkə prezidenti Corcio Napolitano ilə görüşdə parlament əksəriyyətinin dəstəyinin itirilməsi ilə əlaqədar istefa vermək istədiyini bildirib. Bu barədə məlumatı Quirinal Sarayı yayıb.Prezident Administrasiyasının məlumatında deyilir ki, Mario Monti yaxın vaxtlarda əmin olmalıdır ki, bütün siyasi qüvvələr büdcənin qəbuluna səs verməyə hazırdırlar. “Bundan dərhal sonra baş nazir Nazirlər Şurası ilə məsləhətləşmələr aparacaq və istefa ərizəsini prezidentə təqdim edəcək”, - məlumatda bildirilir.Mario Monti əmin olduğunu bildirib ki, siyasətdə yaranmış böhranın təkcə İtaliya üçün yox, həm də bütün Avropa üçün ciddi nəticələri olacaq.