Baş nazir məhkəməyə çağırıldı

Baş nazir məhkəməyə çağırıldı
Bütün Xəbərlər
12:30 17.01.2012
1076

Pakistanda ordu ilə hökumət arasındakı gərginliyə məhkəmə də daxil olub.

Pakistanın Konstitusiya Məhkəməsi baş nazir Yusif Rza Gilanini məhkəməni hədəfə alan sözləri ilə bağlı ifadə vermək üçün məhkəməyə çağırıb.

Məhkəmə Gilani ilə birlikdə koalisiya ortağı olan partiya liderlərinin də ifadə verəcəyini açıqlayıb.

Təqsiri sübuta yetirilərsə, Gilani 6 ay həbs cəzası ilə yanaşı, dövlət qulluğundan məhrum ediləcək.

Baş nazirin hakim qarşısına çıxması, hökumətin son zamanlarda ordu və məhkəmə ilə ciddi gərginlik yaşaması müxalifət tərəfindən Gilani kabinetinin ömrünü faktiki başa vurması kimi dəyərləndirilir.

OXŞAR XƏBƏRLƏR