Əli Əsədov karantin rejimi ilə bağlı vətəndaşlara müraciət etdi

Əli Əsədov karantin rejimi ilə bağlı vətəndaşlara müraciət etdi
SİYASƏT
18:13 07.10.2020
1238

Məlum olduğu kimi, 27 sentyabr tarixində Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata əl atmışdır. Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Bu təcavüzə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİ İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.

Sentyabrın 28-dən başlayaraq ölkənin bir neçə regionunda hərbi vəziyyət və komendant saatı elan edildi.

Düşmən qadağan edilmiş üsullardan istifadə edərək hərbi cinayətlərə əl atır, dinc əhalini hədəfə alır, münaqişə zonasından uzaq olan şəhər və rayonlarımızı raket atəşinə tutur.

Buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu uğurla irəliyə gedir. Şanlı Ordumuzun apardığı əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın azad olunmasına başlanıb.
Bütün Azərbaycan xalqı Ordumuza dəstək nümayiş etdirir və bu uğurlara sevinir. Biz hamımız, bütün Azərbaycan xalqı Prezident, Ali Baş Komandanın ətrafında sıx birləşmişik və işğal olunan torpaqlarımızın azad olunacağına tam əminik.
Xalqımız cəbhədən gələn qələbə xəbərlərini çox böyük coşqu və fərəh hissi ilə qarşılayır, şanlı Ordumuza dəstək vermək, sevinclərini bir-biriləri ilə bölüşmək üçün insanlar bir yerə toplaşırlar. Təbii ki, bu, başa düşüləndir.

Operativ Qərargah adından vətəndaşlarımıza müraciət edərək bildirirəm ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi davam edir.

Vətəndaşlarımız arasındakı emosional ruh yüksəkliyi təmasların artması isə müşahidə olunur ki, bu da davam edən koronavirus xəstəliyi fonunda insanların sağlamlığına böyük təhlükələr yarada bilər. Məlum olduğu kimi, Azərbaycanla qonşu olan, həmçinin dünyanın digər ölkələrində xəstəlik sürətlə yayılmaqdadır və ekspertlər bunu hətta ikinci dalğanın başlaması kimi qiymətləndirirlər. Bu, bizi daha ehtiyatlı olmağa sövq edir.
İndiyədək vətəndaşlarımız xüsusi karantin qaydalarına ciddi şəkildə riayət ediblər və bunun nəticəsində xəstəlik hal-hazırda nəzarət altındadır. İndiyə qədər pandemiya ilə mübarizədə qazandığımız nailiyyətləri itirməmək üçün karantin rejiminin qaydalarına əməl olunması zəruridir. Eyni zamanda, dövlətimiz, xalqımız və milli təhlükəsizliyimiz üçün belə bir mürəkkəb dövrdə karantin qaydalarına əməl olunması virusla mübarizədən daha böyük əhəmiyyətə malikdir. Bu işdə hər bir vətəndaşımızın töhfəsi təqdirəlayiqdir.

Bununla belə xəstəliyin yayılmasına, karantin rejiminin qaydalarının pozulmasına məsul olan şəxslər və mülkiyyət formasından asılı olmayaraq müəssisə sahiblərinin nəzərinə çatdırırıq ki, karantin rejiminin tələblərinə riayət edilmədiyi hallarda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görüləcəkdir. Bununla əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və onlar nəzarət tədbirlərini daha sərt və ciddi şəkildə davam etdirməlidirlər.
Belə bir mürəkkəb dövrdə torpaqlarımızın azad olunması uğrunda göstərdiyimiz birlik, vətəndaş həmrəyliyi və intizamın görünməz düşmən olan koronavirus xəstəliyi ilə mübarizədə də göstərilməsi olduqca vacibdir.

Odur ki, hər bir vətəndaşa müraciət edərək karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə, bununla da bütün gücümüzü işğalçı düşmənlə mübarizə üçün səfərbər etməyə çağırırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
11:45 12.10.2026
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
11:39 12.10.2026
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
11:38 12.10.2026
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
11:35 12.10.2026
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
11:33 12.10.2026
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
11:32 12.10.2026
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
11:22 12.10.2026
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:17 12.10.2026
İlham Əliyev İspaniya Kralını təbrik etdi
Marsol Group-un Yaponiya biznes turu Osakadan başlayıb - FOTOLAR
11:15 12.10.2026
Marsol Group-un Yaponiya biznes turu Osakadan başlayıb - FOTOLAR
Prezidentin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub
10:58 12.10.2026
Prezidentin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO
10:50 12.10.2026
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO
14 yaşlı qız dəm qazından öldü
10:42 12.10.2026
14 yaşlı qız dəm qazından öldü
Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
10:33 12.10.2026
Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
10:24 12.10.2026
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra vəzifəli şəxslər cəzalandırılıb
09:50 12.10.2026
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra vəzifəli şəxslər cəzalandırılıb