Baş nazirin istefası qəbul edildi - VİDEO

Baş nazirin istefası qəbul edildi - VİDEO
Bütün Xəbərlər
09:11 15.04.2013
842
Fələstin hökuməti baş nazir Salam Fəyyadın istefasını qəbul edib. Yerli medianın məlumatına görə, prezident Mahmud Abbas Fəyyadın yeni hökumət qurulana qədər vəzifədə qalmasını təklif etsə də, o buna razılıq verməyib.Qeyd edək ki, bir müddət əvvəl Mahmud Abbasla Salam Fəyyad arasında baş nazir səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı qızğın mübahisələr olmuşdu. Fəyyadın vəzifəsini tərk etməsi isə ölkədə birmənalı qarşılanmır. İqtisadiyyat sahəsində Qərb təhsili görmüş Fəyyadın beynəlxalq dairələrdə yüksək nüfuza sahib olduğu, həmçinin İsraillə sülh danışıqlarının bərqərar olmasında aparıcı rola malik olduğu bildirilir. Beynəlxalq Valyuta Fondunun sabiq rəsmisi olan Fəyyadın Qərb Sahili bölgənin iqtisadiyatına təkan verəcək yeni proqramlar təqdim edəcəyi gözlənilirdi.Fəyyadın istefası ilə bağlı açıqlama verən HƏMAS hərəkatının nümayəndəsi Səmi Əbu Zuhri isə Fəyyadın istefasını düzgün qərar hesab etməyib: “Salam Fəyyadın istefasının Fələstində barışıq razılaşmasına heç bir aidiyyəti yoxdur. Bu sadəcə Salam Fəyyadla “Fəth” hərəkatı arasındakı fikir ayrılığıdır. “Fəth” hərəkatı onun getməsini tələb edirdi. Top indi “Fəth” məhkəməsinin əlindədir. Onlar əgər barışıq razılaşmasının şərtlərinə əməl etmək istəyirlərsə, bunu tam etməlidirlər. Fəyyad hökuməti tərk edir, lakin arxasında külli miqdarda borcu olan Fələstin xalqı qalır. Buna görə “Fəth” hərəkatı məsuliyyət daşıyır”.Qeyd edək ki, Salam Fəyyad 2007-ci ildən Fələstinin baş naziri kimi fəaliyyət göstərib. Bir müddət əvvəl isə ərəb kütləvi informasiya vasitələrində Fəyyadla Mahmud Abbas arasında hokümət siyasəti ilə əlaqədar narazılıqlar olduğu və istefa qərarının da bu səbəbdən olması fikirləri yayılmışdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu: Martın 2-dən bəri Hizbullahın 250-dən çox artilleriyaçısı öldürülüb
18:37 10.04.2026
İsrail ordusu: Martın 2-dən bəri Hizbullahın 250-dən çox artilleriyaçısı öldürülüb
Kreml Putinin xüsusi nümayəndəsinin ABŞ-da səfərdə olduğunu təsdiqləyib
18:26 10.04.2026
Kreml Putinin xüsusi nümayəndəsinin ABŞ-da səfərdə olduğunu təsdiqləyib
İllər sonra gələn etiraf - "Qələbəmdə onun payı var"
18:08 10.04.2026
İllər sonra gələn etiraf - "Qələbəmdə onun payı var"
"Qaçqınkom"un ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirildi
17:52 10.04.2026
"Qaçqınkom"un ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirildi
Söyüş söyən daha bir tiktoker SAXLANILDI
17:48 10.04.2026
Söyüş söyən daha bir tiktoker SAXLANILDI
XTQ-nin döyüş hazırlığı yoxlanıldı - FOTOLAR
17:35 10.04.2026
XTQ-nin döyüş hazırlığı yoxlanıldı - FOTOLAR
3 gün leysan olacaq, sel keçəcək - XƏBƏRDARLIQ
17:32 10.04.2026
3 gün leysan olacaq, sel keçəcək - XƏBƏRDARLIQ
Evlənənlərin nəzərinə: Bundan sonra narkotik analizi....
17:23 10.04.2026
Evlənənlərin nəzərinə: Bundan sonra narkotik analizi....
Pərviz "Best of 40"da "Alışdırma"nı oxudu - VİDEO
17:07 10.04.2026
Pərviz "Best of 40"da "Alışdırma"nı oxudu - VİDEO
ATİA rəhbərliyi İnşaatçılar Günü münasibətilə Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR
17:00 10.04.2026
ATİA rəhbərliyi İnşaatçılar Günü münasibətilə Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR
İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!
16:32 10.04.2026
İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!
Azərbaycanda süni intellektlə bağlı qanun hazırlanır – Hansı yeniliklər olacaq?
16:17 10.04.2026
Azərbaycanda süni intellektlə bağlı qanun hazırlanır – Hansı yeniliklər olacaq?
Bu tarixdə instensiv yağış yağacaq - Dolu düşəcək
16:12 10.04.2026
Bu tarixdə instensiv yağış yağacaq - Dolu düşəcək
Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun
15:58 10.04.2026
Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun
Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”
15:55 10.04.2026
Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”
MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır
15:42 10.04.2026
MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır