Baş nazirin müavini ana və uşaq ölümündən danışdı

Baş nazirin müavini ana və uşaq ölümündən danışdı
Bütün Xəbərlər
15:08 06.05.2014
763
Əli Əhmədov prezidentin Azərbaycan səhiyyəsinin vəziyyətindən narazı olduğunu bildirdi
Baş nazirin müavini Əli Əhmədov ana və uşaq ölümündən danışıb.
Əli Əhmədov son vaxtlarda baş verən ölüm faktlarına münasibət bildirib: "Azərbaycanda ana və uşaq ölümü halları diqqətdən kənarda qalmır, bunların hər biri ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Biz bu halların baş verməsinə təəssüflənirik. Bizim istəyimizdən asılı olmayaraq, belə hallar olur. Ana və uşaq ölümü hallarının qarşısınının alınması üzərində çox ciddi işləyirik. Әgər kiminsə günahı ucbatından belə şeylər baş verirsə, həmin şəxs cəzasını alır."
Baş nazirin müavini prezident İlham Əliyevin də məsələyə münasibətindən danışdı: "Cənab prezidentin tələbi ondan ibarətdir ki, Azərbaycanda ana-uşaq ölümü kimi hallar baş verməsin. İlham Əliyev ümumiyyətlə Azərbaycan əhalisinə göstərilən səhiyyənin keyfiyyətinin yaxşılaşdırılmasını tələb edir. Hazırda əsas məsələ səhiyyə xidmətinin keyfiyyətini yüksəltmək, həkimlərin peşəkarlıq səviyyəsini artırmaqdır. Biz istəyirik ki, hər bir azərbaycanlıya ölkəmizdə yüksək səviyyədə səhiyyə xidməti göstərilsin ki, Azərbaycandan kənara müalicə üçün gedənlər olmasın".
Ә.Әhmədov Azərbaycanda hər bir vətəndaşın yüksək səviyyəli tibbi xidmətlə təmin olunmaq hüququna malik olduğunu qeyd edib: "Ölkədə səhiyyənin infrastrukturu yenilənib, Azərbaycanda dünya standartlarına uyğun səhiyyə müəssisələri istifadəyə verilib."(trend)
OXŞAR XƏBƏRLƏR