Baş nazirin müavini Əli Həsənovun nəvəsi həbs edildi - RƏSMİ

Baş nazirin müavini Əli Həsənovun nəvəsi həbs edildi  - RƏSMİ
SOSİAL
11:11 07.08.2017
17557

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində "Galendevagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Nail Allahverdiyev həbs edilib.

Məsələ ilə bağlı Daxili işlər nazirliyi rəsmi məlumat yayıb.

AZXEBER.COM həmin məlumatı təqdim edir:

Artıq xəbər verildiyi kimi, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir.

Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı "Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilmişdir. Məhkəmənin hökmü ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan "Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilmiş və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilmişdir.

Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq Dövlət Başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcəkdir.

 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
13:03 09.05.2025
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
12:40 09.05.2025
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
Sabahın hava proqnozu açıqlandı
12:26 09.05.2025
Sabahın hava proqnozu açıqlandı
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
12:12 09.05.2025
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
11:52 09.05.2025
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
11:35 09.05.2025
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
11:24 09.05.2025
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
11:15 09.05.2025
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
10:52 09.05.2025
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub
10:49 09.05.2025
Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Beyləqan sakini elektrik dirəyindən yıxılaraq ölüb
10:36 09.05.2025
Beyləqan sakini elektrik dirəyindən yıxılaraq ölüb
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:26 09.05.2025
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanda bəzi çaylarda sululuq artıb
10:20 09.05.2025
Azərbaycanda bəzi çaylarda sululuq artıb
Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
10:01 09.05.2025
Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
Günün şanslı bürcü hansılardır?
10:00 09.05.2025
Günün şanslı bürcü hansılardır?
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər
09:46 09.05.2025
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər