Baş pediatr: “Uşaqlarınıza peyvənd vurdurun”

Baş pediatr: “Uşaqlarınıza peyvənd vurdurun”
SOSİAL
15:40 25.08.2021
570
"Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Koronavirusa qarşı qorxu olduğu üçün valideynlər uşaqlarını poliklinikaya aparmaqda çətinliklər çəkirlər. Bu səbəbdən dünyada olduğu kimi Azərbaycanda da uşaqların peyvəndləmə faizi azalıb”.
 
AZXEBER.COM-un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov deyib.

O, valideynlərə müraciət edərək bildirib ki, koronavirus nadirən uşaqlarda ağırlaşmaya səbəb olur:

"İllərlə uşaqlarımızı ölümcül xəstəliklərə qarşı peyvənd etdirmişik. Mümkündürsə, poliklinikaya gedin və gecikməmiş peyvənd vurdurun. Uşaqların sağlamlığı valideynlərin əlindədir”.
OXŞAR XƏBƏRLƏR