Baş Prokurorluq 'böhtan' və 'təhqir' maddələrinə aydınlıq gətirdi

Baş Prokurorluq
Bütün Xəbərlər
12:55 01.05.2013
1257
Milli Məclis (MM) tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrinə ediləcək dəyişiklik layihəsi ilə bağlı bu təklifi irəli sürən Respublika Baş Prokurorluğunun müvafiq əsaslandırması açıqlanıb. AZXEBER.COM Hüquq.TV-yə istinadən məlumatına görə, əsaslandırma Baş Prokurorluğun Hüquqi təminat və informasiya İdarəsi tərəfindən hazırlanıb.Əsaslandırmada qeyd olunur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrində nəzərdə tutulan əməllərin müasir dövrdə informasiyanın daha çox yayıldığı, informasiya təminatının böyük hissəsinin həyata keçirildiyi internet informasiya ehtiyatında nümayiş etdirildiyi halda cinayət məsuliyyətinə səbəb olması hazırda qanunvericilikdə tam dəqiq əks olunmayıb: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər rütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsin böhtan və ya təhqirə məruz qalmasının cinayət məsuliyyəti yaradan hal kimi aydın göstərilməsi, onun azadlığı və ləyaqətinin qorunması, bu hüquq pozuntularının daha səmərəli şəkildə qarşısının alınmasının təmin edilməsi məqsədi daşıyır”.Həmçinin bildirilib ki, qanun layihəsinin hazırlanması zamanı xarici ölkələrin, o cümlədən bir çox Avropa ölkələrinin qanunvericiliyi və təcrübəsi təhlil edilib: “Layihə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına uyğun hazırlanıb”.Qeyd edək ki, Milli Məclisə ölkənin baş prokuroru Zakir Qaralovun imzası ilə daxil olan dəyişiklik layihəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək