Baş Prokurorluq: "İbtidai araşdırma məlumatlarının yayılması yolverilməzdir"

Baş Prokurorluq: "İbtidai araşdırma məlumatlarının yayılması yolverilməzdir"
SOSİAL
17:37 18.12.2023
172
İbtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, ibtidai araşdırma zamanı müstəntiq və ya təhqiqatçı şahidə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə, onların nümayəndələrinə, mütəxəssislərə, ekspertlərə, tərcüməçilərə, hal şahidlərinə, müdafiəçilərə və digər şəxslərə onların razılığı olmadan ibtidai araşdırma məlumatlarının yayılmasının, o cümlədən cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada əldə edilmiş prosessual sənədlərin surətlərinin prosessual məqsədlərdən kənar yayılmasının yolverilməzliyi barədə yazılı xəbərdarlıq edir.

Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir.

Müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması inzibati xəta hesab edilir, fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda cinayət hesab edilir və 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların mediada dərc edilməsi (yayımlanması) inzibati xəta hesab edilir, vəzifəli şəxslər min manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə cərimə edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?