Baş Prokurorluq intihar edən müəllimin işi ilə bağlı müraciət yaydı

SOSİAL
14:41 18.09.2020
1602
Baş Prokurorluğun Mətbuat Xidməti intihar edən 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayeva ilə bağlı yayılan məlumatlar haqda açıqlama yayıb. 

AZXEBER.COM-a daxil olan məlumatda deyilir:

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın, qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb. 

Xəbər verildiyi kimi, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.  

Qeyd edilənlərlə bağlı, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərindən,  cinayət işi üzrə istintaqın tam, hərtərəfəli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə, istintaqın hazırki mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:48 29.10.2020

Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri məhv edildi - VİDEO

14:47 29.10.2020

Qələbəyə aparan yol!

14:43 29.10.2020

"Düşmən ön cəbhəyə göndərməyə əli silah tutan kişi tapmır" - Deputat

14:42 29.10.2020

Hikmət Hacıyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb"

14:23 29.10.2020

“Nar” Bərdə sakinlərini danışıq dəqiqələri və SMS-lə təmin etdi

14:19 29.10.2020

Diplomatlar və dövlət rəsmiləri Tərtərdə olarkən rayon ərazisi atəşə tutuldu

14:12 29.10.2020

Ermənistanın iki "Su-25" təyyarəsi məhv edildi - RƏSMİ

14:07 29.10.2020

Özbəkistan səfiri: "Dinc sakinlərin öldürülməsi yolverilməzdir"

14:00 29.10.2020

Ombudsman Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya həyata keçirir - FOTO

13:56 29.10.2020

Ermənilər Tərtərə qadağan olunmuş raket atdı

13:53 29.10.2020

Elçin Əmirbəyov: "Ermənistan sülh prosesinin bərpasında maraqlı deyil"

13:47 29.10.2020

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

13:45 29.10.2020

Deputat: Əgər vəziyyət belə davam edərsə, növbəti aylarda karantin rejimi daha da sərtləşdirilə bilər

13:44 29.10.2020

Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb

13:29 29.10.2020

Diqqət! Nazirlik adından saxta məktublar göndərilir

13:20 29.10.2020

Prezidentin köməkçisi: "Paşinyan, böyük səhvə yol verdin"