Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq etdi

Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq etdi
Bütün Xəbərlər
17:11 13.05.2015
2047
Araşdırma aparılıb.
Baş Prokurorluq agentlik rəhbərinə xəbərdarlıq edib.
Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata əsasən, Azərbaycan Mətbuat Şurasının müraciəti əsasında Baş Prokurorluqda aparılan araşdırmalarla Jurnalist Araşdırma Mərkəzinin (JAM.az) internet saytında müxtəlif dövrlərdə həqiqətə uyğun olmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, eyni zamanda, onları nüfuzdan salan böhtan və təhqir xarakterli informasiyaların yayılması müəyyən edilib.
Bununla əlaqədar agentliyin rəhbəri Fikrət Fəraməzoğlu Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq qərəzli, reallığa uyğun olmayan, böhtan və təhqir xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
OXŞAR XƏBƏRLƏR