Baş Prokurorluqdan ANS-lə bağlı məktub göndərildi

Baş Prokurorluqdan ANS-lə bağlı məktub göndərildi
MEDİA
14:40 11.07.2017
1268
"Bu yaxınlarda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən rəsmi məktub almışıq. Məktubda bildirilib ki, bizim xahişimizlə ANS-in rəhbərliyi çağırılıb və onlara öz əmlaklarını başqa yerə köçürməli olduqları haqda məlumat verilib".

Bunu modern.az-a açıqlamasında AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, ANS-in avadanlıqları ilə bağlı məsələdə hələ ki qeyri-müəyyənlik hökm sürür:

"Təxminən bir həftə öncə təkcə Zoologiya İnistituna deyil, AMEA Rəyasət Heyətinə də istintaq idarəsindən rəsmi məktub göndərilib. Lakin ANS-dən heç kimlə əlaqə yoxdur, onlar da gəlib-getmirlər və durğunluq müşahidə edilir.

Biz ANS-dən avadanlıqlarının yerləşdiyi binanı boşaltmağı, əmlakı başqa yerdə saxlamağı istəmişik. Hətta biz avadanlıqların başqa yerə köçürülməsini də təklif etmişik. Yəni anbar, o cümlədən işlər idarəsinin yerləri var. Amma qarşı tərəf bildirir ki, onlara xüsusi yer lazımdır. Səbəb kimi isə avadanlıqların qiymətli olduğunu, onları yerləşdirmək üçün özəl şərait lazım olduğunu deyirlər. Yəni ANS hər zaman müəyyən bəhanələr gətirib, təkliflərimizdən imtina edir.
İndiyə kimi dözmüşük, münasibətləri birdən-birə sökmək,  ya da bıçağı sümüyə də dirəmək istəmirik. Onları çətin anında bir tərəfdən də bizim baltalamağımız etik deyil. Amma dostluq belə olmur. Onlar bizim haqqımızda da düşünməlidirlər".

E.Yusifov qeyd edib ki, ANS binadan avandanlıqlarını çıxarmadığı üçün  Zoologiya İnistitutu öhdəliklərini yerinə yetirə bilmir:

"Akademiyanın qarşımıza qoyduğu tələblər, yeni planlarımız var və biz onları edə bilmirik. Hətta hansısa sahibkar Fiziologiya İnistitunu söküb və onların vəziyyəti pisdir. Hörmətli akademik Akif Əlizadənin Fiziologiya İnistitunun əməkdaşlarına həmin ərazidə yer verilməsi ilə bağlı tapşırığını yerinə yetirə bilmirik.

Eyni zamanda, ölkə prezidentinin qarşımıza qoyduğu yol xəritəsi, strateji planlar var. 2020-ci ilə qədər bioloji müxtəlifliyin davamlı inkişafı, nadir, nəsli kəsilməkdə olan fauna növlərinin süni çoxaldılması üçün biz də öhdəlik götürmüşük.. Xüsusi tətbiqi zoologiya mərkəzi yaratmışıq. Amma ANS-in fəaliyyəti ucbatından bunlar kağız üzərində qalıb. Təsəvvür edirsiniz, İstintaq İdarəsi də ANS-in əmlakının başqa yerə köçürülməsi üçün heç bir etiraz etmədiklərini bildirib. Bunlar isə bizdən təsir vasitəsi kimi istifadə edir. Bu isə ürəkaçan hal deyil. Görünür, bizim vasitəmizlə harasa təzyiq etmək istəyirlər. Əgər fəaliyyətləri yoxdursa, binanın möhürlənməsinin əhəmiyyəti olmamalıdır. Amma ANS-çilər gah bizi, gah da möhürü bəhanə edir. ANS-in etdiyi  faktiki zəbtdir, başqa ad vermək olmaz".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:38 31.03.2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:36 31.03.2026
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
08:33 31.03.2026
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
08:22 31.03.2026
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
05:18 31.03.2026
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
03:34 31.03.2026
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
02:41 31.03.2026
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
01:55 31.03.2026
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
01:12 31.03.2026
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
00:39 31.03.2026
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
00:01 31.03.2026
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
İsraildə terrorçular artıq edam ediləcək
23:42 30.03.2026
İsraildə terrorçular artıq edam ediləcək
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib
23:39 30.03.2026
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib
ABŞ İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb ölkələrindən almaq istəyir
23:21 30.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb ölkələrindən almaq istəyir
Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq
23:08 30.03.2026
Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq
Toy etmək istəyənlərin nəzərinə: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - VİDEO
22:56 30.03.2026
Toy etmək istəyənlərin nəzərinə: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - VİDEO