Baş Prokurorluqdan korrupsiya ilə bağlı - HESABAT

Baş Prokurorluqdan korrupsiya ilə bağlı -  HESABAT
Bütün Xəbərlər
13:06 17.01.2014
847

Tədbir zamanı şəbəkənin rəsmiləri iştirakçıların çoxsaylı suallarını cavablandırılıb

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən Üçüncü Dəyərləndirmə Raundunu müvəffəqiyyətlə keçirilməsi və Korrupsiya qarşı Mübarizə İdarəsində 2013-cü ildə görülən işlər barədə hesabat tədbiri keçirilib.

AZXEBER.COM məlumatına görə, tədbirdə antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran, qurumun İstanbul Fəaliyyət Planının layihə rəhbəri Tatyana Xavanska, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi, OECD-nin ölkəmiz üzrə milli əlaqələndiricisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov və s. iştirak edib. Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər. Tədbir zamanı şəbəkənin rəsmiləri iştirakçıların çoxsaylı suallarını cavablandırılıb. Tədbirin sonunda korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri çərçivəsində idarə tərəfindən hazırlanaraq nəşr edilmiş bülleten, buklet, kitablar, metodiki vəsaitlərin təqdimatı keçirilib.

OXŞAR XƏBƏRLƏR