Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi
SOSİAL
17:38 23.02.2026
598
Baş Prokurorluq vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Qurumdan AZXEBER.COM-a verilən məlumata görə, müraciətdə bildirilib ki, son dövrlərdə ictimai xadimlər, vətəndaş cəmiyyətinin fəal üzvləri və müvafiq dövlət strukturları tərəfindən internet informasiya ehtiyatlarında cəmiyyətdə qəbul edilmiş birgə yaşayış qaydalarına və etik davranış standartlarına sadiqlik nümayiş etdirilməsinin vacibliyi geniş təbliğ edilməkdədir: "Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sistemli çağırışlara məhəl qoymayan, cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrup şəxslər hələ də mövcuddur. İnternet informasiya məkanını dəyərsiz və əxlaq normalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cür fəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvi sağlamlığına ciddi təhdid yaradır".

Qeyd olunub ki, xüsusilə, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur:

"Bu neqativ əməllərin qarşısının alınması məqsədilə qanunvericilik bazasında konkret tənzimləmə mexanizmləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda:

- ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi;

- əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi;

- insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi ciddi inzibati məsuliyyət yaradır".

Məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən hüquqi tədbirləri çərçivəsində, sözügedən maddənin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub:

"Göstərilənləri nəzərə alaraq Baş Prokurorluq vətəndaşlarımıza müraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdan kənar və ya nəzarətsiz bir zona deyildir. Ona görə də vətəndaşlarımızı, xüsusilə sosial şəbəkə istifadəçilərini bu kimi neqativ davranışlardan uzaq durmağa, internet resurslarından istifadə zamanı etik normalara və qanunvericiliyin tələblərinə ciddi riayət etməyə səsləyirik. Unutmayın ki, hər bir kəs rəqəmsal mühitdə etdiyi çağırış və paylaşdığı məzmuna görə qanunla məsuliyyət daşıyır. Milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı