Vəkil vəsatəti təqdim edib
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, istefada olan ordu generalı İlkər Başbuğun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə etiraz edilib.
Beşiktaşdakı İstanbul Ədliyyə İdarəsinə gələn Başbuğun vəkili İlkay Sezər müdafiə etdiyi şəxsrin haqqındakı həbs-qətmkan tədbiri qərarının ləğvini tələb edib. Vəkil etiraz vəsatətini İstanbul 12-ci Ağır Cəza Məhkəməsinə təqdim edib.
Qeyd edək ki, dünən həbs-qətimkan tədbirinə etiraz edilməsi üçün qanunda nəzərdə tutulan son gün idi. İlkər Başbuğ yanvarın 6-da İstanbul Növbətçi 12-ci Ağır Cəza Məhkəməsi tərəfindən terror təşkilatına rəhbərlik və güc yolu ilə hökuməti dəyişdirməyə cəhd ittihamıyla həbs edilib.