Təqribən bir ay öncə Hindistanda görüntülənən başı bədənindən dəfələrə böyük olan azyaşlı əməliyyat edilib.Hidrosefaliya xəstəliyinə düçar olan və üzdən başı sürətlə böyüyən Roona Begumun dərdinə çarə tapılıb.Qızın atası ilk reportajında yeganə övladı olan Begumun xəstəlikdən xilas edəcək möcüzə üçün hər gün dua etdiyini deyirdi.18 aylıq uşağın əməliyyatı üçün xeyriyyəçilər internetlə yardım kampaniyalarına başlamışdılar. Xəstəxanalardan birinin nevrologiya şöbəsinin əməkdaşları onu müayinə edərək, əməliyyatla vəziyyətinin nisbətən düzələ biləcəyini demişdilər. Həkimlər əməliyyatın uğurla keçdiyini açıqlayıblar.//APA