Basketbolçu voleybolçunu zorladı - FOTO

Basketbolçu voleybolçunu zorladı - FOTO
Bütün Xəbərlər
11:46 26.04.2013
2303
Türkiyədə amerikalı basketbolçu voleybolçunu zorlayıb.AZXEVBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, amerikalı idmançıların Türkiyənin paytaxtı Ankaradakı əyləncəsi polisdə başa çatıb. "Erdemirspor"un basketbolçusu Gerrod Devayn Henderson Ankarada tanışdığı qadınların voleybol komandasının üvzü Meaqan Virginia Ganzerə təcavüz edib. Henderson saxlanılsa da, sonradan buraxılıb.Qeyd edək ki, zorlanma amerikalı idmançıların Ankaradakı əyləncəsi zamanı baş verib. Belə ki, türkiyənin müxtəlif şəhərlərində olan amerikalı idmançılar əylənmək üçün paytaxt Ankaraya toplaşıblar. "Erdemirspor"da oynayan Henderson və voleybolçu Ganzer də onların arasında olub. Barda əylənən amerikalı idmançılar gecə gec saatlarında məclisi birlikdə tərk ediblər. Basketbolçu həmkarını taksi ilə evə ötürəcəyini deyib. Səhəri gün isə qadın həmyerlisi tərəfindən zorlanmaya məruz qaldığını iddia edərək, polisə müraciət edib.Qaldığı evdə zorlandığını deyən qadının iddiasından sonra Henderson saxlanılıb. Lakin o iddiaları qəbul etməyib.
OXŞAR XƏBƏRLƏR