“Başla!” adlı sərgi baş tutdu - FOTOLAR

GƏNCLİK
18:34 30.03.2022
2246
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin tərəfdaşlığı, "Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə "ArtCoLab” Yaradıcı Gənclər Platformasının fəaliyyətinin 3-cü ilinin tamam olması münasibəti ilə platformada təmsil olunan yaradıcı gənclərin "Başla!” adlı qrup sərgisi təşkil olunub.

Sərgi 29-30 mart tarixləri arasında Muzey Mərkəzində yerləşən sərgi salonunda açılıb. 27 gənc rəssamın 71 əsəri ictimaiyyətə təqdim olunub. Sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində yağlı boya ilə, bir hissəsi isə kağız üzərində rəngli karandaşlarla işlənmiş müxtəlif mövzulu əsərlər olub. Açılış mərasimində millət vəkilləri, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə çalışan menecerlər iştirak edib.

İlk olaraq aparıcı Firuzə Cəlilova qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra isə "Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı sərgi ilə bağlı ətraflı məlumat verib. Öz növbəsində millət vəkilləri Aydın Mirzəzadə, Vüqar İskəndərov, Tamam Cəfərova, Məzahir Əfəndiyev, İlham Məmmədov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, RHİM İctimai Birliyinin sədri Arzu Bağırova, "ArtColab” Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva və proqram meneceri Casiyət Abdullayeva çıxış edərək fikirlərini bildiriblər.

Sərginin məqsədi gənc rəssamların kəşf edilməsi və cəmiyyətə tanıdılması ilə yanaşı, onların əsərlərini ictimaiyyətə təqdim etmələrinə şərait yaratmaqdır.

Qeyd edək ki, "ArtCoLab” Yaradıcı Gənclər Platforması 5 fevral 2019-cu ildən fəaliyyət göstərir.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb