"Bavariya" "Ayaks"ın müdafiəçisini transfer edib

"Bavariya" "Ayaks"ın müdafiəçisini transfer edib
İDMAN
18:31 05.05.2022
367
Almaniyanın "Bavariya" klubu Niderland "Ayaks"ında çıxış edən Nussair Mazraui ilə razılığa gəlib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi tibbi müayinədən keçib.

Mərakeşli oyunçu mövsümün sonunda "Bavariya"ya keçəcək. Onun illik maaşı təxminən 8 milyon avro olacaq. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Nussair Mazraui cari mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR