“Bavariya” gürcü qapıçını transfer edir

İDMAN
18:32 07.07.2023
234
İspaniyanın "Valensiya” klubunun qapıçısı Giorgi Mamardaşvili karyerasını Almaniyada davam etdirə bilər.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Bundesliqanın son qalibi "Bavariya” gürcü qolkiperi heyətinə cəlb etmək istəyir. Almaniya nəhəngi komandanı tərk edəcəyi gözlənilən Yan Zommerin boşluğunu Mamardaşvili ilə doldurmaq niyyətindədir.

İsveçrə millisinin qapıçısının İtaliyanın "İnter” klubuna keçidi gündəmdədir. "Nerazzuri” Andre Onananın İngiltərə "Mançester Yunayted”inə keçidindən sonra qapını Zommerə həvalə etməyi düşünür.
2022-ci ilin yanvarında Tbilisi "Dinamo”sundan "Valensiya”ya keçən Mamardaşvilinin "yarasalar”la müqaviləsi 2027-ci ilə qədərdir. "Transfermarkt”a görə, Gürcüstan millisinin 22 yaşlı qapıçısının 25 milyon avro dəyəri var.
OXŞAR XƏBƏRLƏR