Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.
AZXEBER.COM Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Avstraliyanın "Adelaida Yunayted" klubundan Nestori İrankundanın keçidini rəsmiləşdirəcək.
17 yaşlı hücumçu 2024-cü il iyulun 1-də "Bavariya"ya qoşulacaq və onunla uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, Nestori İrankunda Avstraliyanın U-17 millisinin formasını geyinib.